TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan taekvondoçusu dünya çempionatına qələbə ilə başlayıb

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının ilk günündə Azərbaycan millisinin heyətində Cavad Ağayev mübarizəyə qoşulub. Bu barədə 29 may tarixində APA məlumat verib.

68 kq çəkidə qüvvəsini sınayan 21 yaşlı taekvondoçu 1/32 final mərhələsində Eldar Kurmanaliyevlə (Qırğızıstan) üz-üzə gəlib. 2:0 hesabı ilə qələbə qazanan təmsilçimiz növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, iyunun 4-dək davam edəcək mundialda 145 ölkədən 949 idmançı qüvvəsini sınayacaq. Bu taekvondoçular yarışda 16 dəst medal uğrunda mübarizə aparacaqlar. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx