TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan və Ermənistan baş nazirləri Tbilisidə keçiriləcək forumda iştirak edəcəklər

Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Baş naziri Əli Əsədov Tbilisidə keçiriləcək IV Beynəlxalq İpək Yolu Forumunda iştirak edəcəklər. Bu barədə 23 oktyabr tarixində APA tədbirin rəsmi saytına istinadən məlumat verib.

Forum oktyabrın 26-27-də baş tutacaq.

İlk gündə əvvəlcə Ermənistan Baş naziri Paşinyan, sonra isə Azərbaycan Baş naziri Əli Əsədov açılış nitqi ilə çıxış edəcəklər.