BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb.
Bu barədə 18 sentyabr tarixində Report Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadəyə istinadən xəbər verib.
Onun sözlərinə görə, C.Bayramovun proqramında belə bir görüş yoxdur.
Azərbaycan XİN başçısının digər görüşləri barədə görüşlər keçirildikcə məlumat veriləcək.