“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC və İsrailin “Mekorot” şirkəti aqrar sahənin su təminatı ilə bağlı saziş imzalayıb. Bu haqda aprelin 27-də Report məlumat verib.
Saziş ölkəmizin su balansının təhlilini və bu sahədə məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutur. Həmçinin sənəd 30 illik fəaliyyət istiqamətlərini əhatə edir. İsrail şirkəti sudan səmərəli istifadəyə və suyun tükənməsinin azaldılmasına dair tövsiyələr hazırlayacaq.
“Mekorot” İsrailin milli su şirkəti və ölkənin su idarəçiliyi üzrə ən böyük agentliyidir. 1937-ci ildə qurulan şirkət İsraili içməli suyun 90%-i ilə təmin edir. Bu şirkət su təsərrüfatı sahəsində təklif etdiyi innovativ və texnoloji həlləri ilə seçilir.