TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan və Özbəkistan birgə minik avtomobilləri istehsalı kompleksi yaradır

Azərbaycan – Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC tərəfindən Hacıqabul Sənaye Məhəlləsinin ərazisində investisiya həcmi 104 milyon manat olan minik avtomobillərinin istehsalı kompleksi yaradılacaq.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Nazirin sözlərinə görə, “Azərmaş CP” MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib və rezidentlərin sayı 14-ə çatıb.

Şirkət tərəfindən bu istehsal kompleksində 1 200 nəfər işlə təmin ediləcək.