TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan və Türkiyə XİN başçıları Nyu-Yorkda görüşüblər

ABŞ-nin Nyu-York şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçirilib.

Bu barədə 22 sentyabr tarixində Türkiyə Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb.

İclasda Azərbaycanın antiterror tədbirləri müzakirə olunub.

Həmçinin TDT-nin 10-cu Zirvə Görüşünə hazırlıq, qurumun BMT-nin Baş katibliyi və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi qurumlarla əlaqələri barədə fikir mübadiləsi aparılıb.