Sentyabrın 19-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak arasında telefon danışığı olub.
Bu barədə 19 sentyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.
Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə müzakirələr aparılıb.
Qardaş ölkə Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğu xüsusi vurğulanıb.
Cəbhədə baş verən ən son hadisələri İnsanoid telegram kanalında izləyin.