Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Türkiyənin bu ölkəyə yeni təyin olunmuş səfiri Osman Koray Ertaşla görüşüb.
Bu barədə azərbaycanlı diplomat “Twitter”də paylaşım edib.
O, həmkarına uğurlar arzulayıb.
Əziz dostum, Qardaş Türkiyənin Birləşmiş Krallıqdakı Səfiri cənab Osman Koray Ertaş xoş gəlmisiniz! Birləşmiş Krallıqda Səfir kimi fəaliyyətə başlamanız münasibətilə Sizə bol-bol uğurlar arzulayıram. https://t.co/okQsPYemvx
— Elin Suleymanov (@ElinSuleymanov) March 15, 2023