TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan vətəndaşı Almaniyada saxlanılıb

Almaniyada qanunsuz yaşayanlara qarşı iyunun 7-dən başlayan polis əməliyyatı davam edir. Bu barədə 8 iyun tarixində Report məlumat verib.

Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ötən gün başlayan və “Yolçu” adı verilən əməliyyat zamanı Azərbaycan Respublikası vətəndaşı olan 41 yaşlı şəxs saxlanılaraq, Miqrasiya İdarəsinə təhvil verilib. O, Almaniyaya qaçaq yollarla gəldikdən sonra Duisburg şəhərindəki tanışının evində qanunsuz şəkildə yaşayırmış.

Essen şəhərindəki əməliyyatda isə polis xüsusi əməliyyat qrupundan istifadə edib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx