İyun ayının ilk ongünlüyündə Azərbaycan vətəndaşlarının Almaniyadan növbəti deportasiyası gözlənilir. Bu barədə mayın 31-də Report-a məlumat daxil olub.
Onlardan bəziləri Almaniyada qanunsuz olaraq yaşayan, digərləri isə 2016-2019-cu illər arasında qaçqın statusu üçün müraciət edən şəxslərdir. Onlar haqqında bir neçə dəfə ölkəni tərk etmələri ilə bağlı qərar çıxarılıb.
Məlumata görə, artıq Şimali Reyn Vestfaliya əyalətində yaşayan və barəsində ölkəni tərk etməsi ilə bağlı məhkəmə qərarı olan Azərbaycan vətəndaşlarından bəziləri Düsseldorf şəhər hava limanı yaxınlığındakı yataqxanalara gətiriliblər.
Qeyd edək ki, bu, 2022-ci il başlayandan Azərbaycan vətəndaşlarının Almaniyadan dördüncü kütləvi deportasiyası olacaq.