Azərbaycan xalqının qan yaddaşı: 20 Yanvar faciəsi

Azərbaycan xalqının qan yaddaşı: 20 Yanvar faciəsi

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna Sovet İttifaqının qoşun hissələri yeridilib. Sovet ordusu ağır texnikadan və müxtəlif tipli silahlardan dinc əhalini atəşə tutaraq, qətlə yetirib.

19 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” Fərman qəbul edib. Bu Fərmanı imzalamaqla SSRİ-nin rəhbəri Mixail Qorbaçov beynəlxalq hüquq normalarını pozub.

19 yanvar sovet hökumətinin təşkil etdiyi əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdır. Buna səbəb isə Bakı şəhərində fövqəladə vəziyyətin elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmaması idi.

Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər öldürülüb və 744 nəfər yaralanıb. Bundan əlavə, 841 nəfər həbs edilib, onlardan 112 nəfər isə Sovet İttifaqının müxtəlif şəhərlərində yerləşən həbsxanalara göndərilib. Sovetlər tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, həmçinin təcili yardım maşınları dağıdılıb. Bu əməliyyat nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilib.

Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra  1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası. 20 Yanvar – Qan yaddaşımız.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx