Fransa Senatının ölkəmizə qarşı tətbiq etmək istədiyi sanksiyalara qarşı 10 vətənpərvər tərəfindən Mesopinions.com saytında petisiya yerləşdirilib. Cəmi üç həftə ərzində toplanan imzaların sayı artıq 63 mini keçib.
Səsimizi dünya ictimaiyyətinə eşitdirmək üçün Azərbaycan xalqı adından ünvanlanan bu çağırışa Türkiyə, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, həmçinin Pakistandan da dəstək göstəriblər.
Ölkəmizin müdafiəsinə laqeyd qalmayanlar arasında Türkiyənin “Haber Global”, Qazaxıstanın “KZnews”, “Matritca”, “Newshub”, “Exclusive” və “Kaztag”, İsrailin “STmegi” və “İtonTv” kimi xəbər saytları, Özbəkistanın isə “Tezkor Xabarlar” və “Barcha” Teleqram kanalları yer alıblar.
Bu təşəbbüsə dəstək göstərən hər kəsə dərin minnətdarlığımızı bildiririk!
Petisiyanın Azərbaycan dilində imzalanma qaydası
Petisiyanın rus dilində imzalanma qaydası
Petisiyanın türk dilində imzalanma qaydası
Petisiyanın fars dilində imzalanma qaydası
Petisiyanın ingilis dilində imzalanma qaydası
Petisiyanın qazax dilində imzalanma qaydası
Petisiyanın özbək dilində imzalanma qaydası
Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq