“Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə “Twitter”də yazıb.
O bildirib ki, yalnız 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib: “Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur!”.
Qeyd edək ki, daha əvvəl Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq Azərbaycanı Laçın yolunu açmağa çağırmışdı.
Mr. Minister, the #Lachin road is open & freedom of movement is ensured. Only between 12 December 2022 & 15 January 2023 644 vehicles of ICRC, the Russian peacekeeping contingent, & local Armenian residents passed in both directions. Claims about the “blockade” have no grounds! https://t.co/PCDdqwLNPs
— Aykhan Hajizada (@Aykhanh) January 18, 2023