Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel tərəfindən bölgədə baş verən son hadisələrlə bağlı verilən və regiondakı reallıqları qəsdən təhrif edən bəyanat tamamilə qeyri-adekvatdır.
Bu barədə İnsanoid Xarici İşlər Nazirliyinə istinadən bu gün, 22 sentyabr tarixində xəbər verir.
Cozep Borelin bəyanatına cavab olaraq bildirilib:
“Sözügedən İttifaqın Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxın hərbi işğalı, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri qınamaqdan çəkinməsi ilə yanaşı, 2020-ci ildə baş vermiş müharibədən sonra Azərbaycana qarşı bu qərəzli yanaşmanı təhdidlərlə bəyanatlar səviyyəsinə qaldırmaqla, ölkəmizin bölgədə sülh və stabilliyin bərqərar olması ilə bağlı addımlarına heç vaxt dəstək göstərməməsi regionumuzun sabitliyinə hədədir”.
“Azərbaycanın öz suveren ərazilərində qeyri-qanuni yerləşən erməni silahlı qüvvələrinin çıxarılması istiqamətində legitim tədbirlərinin bu qanunsuz qüvvələrin növbəti təxribat və hücumların qarşısının alınmasına yönəldiyini, Azərbaycanın antiterror tədbirlərinin guya erməni sakinlərə qarşı aparıldığı barədə iddialarla bağlı isə, bu iddiaların hətta Ermənistan Baş nazirinin 21 sentyabr tarixli əhaliyə müraciətində də təkzib edildiyini bir daha xatırladırıq”, – şərhdə vurğulanır.