Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə başsağlığı verib.
Bu barədə 11 fevral tarixində XİN-in rəsmi “Twitter” hesabında paylaşım edilib.
“Şərqi Yerusəlimdə avtobus dayanacağında baş verən terroru şiddətlə qınayırıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda qeyd olunub.
Qeyd edək ki, ötən gün Yerusəlimdə avtomobil sərnişin dayanacağına çarpılıb. Nəticədə 2 nəfər həlak olub, 5 nəfər yaralanıb.
We strongly condemn the terror ramming at the bus stop in East Jerusalem. We express our condolences to the families of victims and wish a quick recovery for the injured.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 11, 2023