TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan XİN Türkiyədə törədilən terror aktını pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Bursa şəhərində törədilən terror aktını pisləyib. Bu haqda məlumat aprelin 20-də qurumun Twitter hesabında paylaşılıb.

“Baş verən hücum nəticəsində həyatını itirən məmurun ailəsinə və yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, – deyə məlumatda qeyd edilib.

Həmçinin bildirilib ki, Azərbaycan terrorun bütün forma və təzahürlərini qətiyyətlə qınayır.

Qeyd edək ki, Bursada həbsxana gözətçilərinin olduğu avtobusda partlayış olub. Nəticədə bir nəfər həlak olub, dörd nəfər isə yaralanıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx