“Yunanıstanda Larissa yaxınlığında onlarla insanın həyatına son qoyan dəhşətli qatar qəzası bizi dərindən kədərləndirdi”. Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında bildirilib.
“Bütün qurbanların yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Fikirlərimiz Yunanıstan xalqı və hökuməti ilədir”, – nazirliyin başsağlığında qeyd olunub.
We are deeply saddened by the terrible train crash near #Larissa in #Greece that took dozens of life. We offer our deepest condolences to all victims and wish a speedy recovery to those injured. Our thoughts are with the people and Government of Greece 🇬🇷@NikosDendias @GreeceMFA
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) March 1, 2023
Qeyd edək ki, Yunanıstanın Larissa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 36 nəfər ölüb, 85 nəfər yaralanıb.