May ayında ölkəmizə 137 mindən çox xarici vətəndaş gəlib. Ötən illə müqayisədə bu göstərici 166% artıb. Bu barədə iyunun 8-də Dövlət Turizm Agentliyinə istinadən APA məlumat yayıb.
2022-ci ilin 5 ayı ərzində Azərbaycanı 468 mindən çox xarici qonaq ziyarət edib.
Turistlər daha çox Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı və Gürcüstandan gəlib.