TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda 25 min nəfərdən çox şəkərli diabet xəstəsi var

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı məlum olub. Bu barədə APA 25 may tarixində xəbər verib.

2022-ci ildə ilk dəfə şəkərli diabet diaqnozu ilə 25 min 417 nəfər qeydə alınıb. Onlardan 870-i insulindən asılı şəkərli diabet xəstələri, 24 min 547 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələri olublar.

Tibb müəssisələrində şəkərli diabet diaqnozu ilə qeydiyyatda olan xəstələrin ümumi sayı 320 min 982 nəfər olub ki, onlardan da 29 min 804 nəfər insulindən asılı şəkərli diabet xəstələri, 291 min 178 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələri olublar.

Qeyd edək ki, ilk dəfə qoyulmuş diaqnozla 2018-ci ildə 24 min 774, 2019-cu ildə 27 min 157, 2020-ci ildə 25 min 430, 2021-ci ildə 30 min 236 nəfər qeydə alınıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx