Bu ilin 9 ayı ərzində ölkədə 12 171 yanğın hadisəsi baş verib. Bu barədə 23 oktyabr tarixində APA Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
Yanğınlar nəticəsində 26 nəfər həlak olub, 124 nəfər xəsarət alıb. Yanğınlar zamanı 15 nəfər xilas edilib, 752 nəfər təxliyə olunub.
Qeyd olunub ki, 2023-cü ilin 9 ayı ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1 351 olub. Yanğın hadisələri zamanı 26 nəfər həlak olub, 124 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 38%, xəsarət alanlar üzrə isə 30% azdır.