Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiyməti 40 qəpik artaraq 2 manata yüksəlib. Bəs qiymətin yüksəlməsi nə ilə əlaqəlidir? Bu haqda iyulun 13-də Report məqalə hazırlayıb.
Əsas səbəb kimi dünya bazarlarında müşahidə olunan qiymət artımı göstərilir. Sözügedən benzin markası Azərbaycanda istehsal edilmir və digər ölkələrdən idxal edilir. Onun idxal dəyərinin artması isə ölkəmizdə “Aİ-95”in satış qiymətlərinin də yüksəlməsi ilə nəticələnib.
Qeyd edək ki, dünya ölkələrində “Aİ-95” markalı benzinin satış qiyməti ölkəmizlə nisbətdə yüksəkdir. Məsələn, Gürcüstanda bu benzinin qiyməti 1,34 dollar (2,27 manat), Türkiyədə isə 1,46 dollar (2,48 manat) təşkil edir.