TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda aktiv əmək müqavilələrinin sayı nə qədərdir?

Bu il noyabrın 1-nə Azərbaycanda aktiv əmək müqavilələrinin sayı 1 milyon 728 mindən çox olub. Bu barədə noyabrın 18-də Dövlət Vergi Xidmətindən bildirilib.

İlin əvvəli ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 47 mindən çox artıb.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda vergi orqanlarının keçirdiyi operativ nəzarət tədbirləri nəticəsində əmək müqaviləsi olmadan işə cəlb edilən 3484 şəxs aşkar olunub.

Qeyd edək ki, işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkara çıxarılarkən işəgötürənlərə maliyyə sanksiyaları tətbiq olunur. Belə ki, bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx