Bu il dekabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,7% çox – 709 557 olub. Bu barədə 9 dekabr tarixində Dövlət Vergi Xidməti məlumat verib.
Bunun 39 257-si əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə ilin əvvəlinə nisbətən 13,2% çoxdur.
Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 3,2% artaraq 189 221-ə çatıb.