TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

Bu il martın 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 754 mindən çox olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat verib.

Məlumata görə, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 352,1 min ədəd və yaxud 25,1% çoxdur.

“Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 296,8 min və yaxud 55% artaraq 836,7 min təşkil edib. Bu ilin fevral ayında qeyri-neft özəl sektorunda aktiv əmək müqavilələrinin sayında 10,4 min artım müşahidə olunub”, – deyə məlumatda qeyd olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx