Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 339 553 vahid, yaxud 24,2% artaraq bu il dekabrın 1-nə 1 741 468 olub. Bu barədə 9 dekabr tarixində Dövlət Vergi Xidməti məlumat verib.
Məlumata əsasən, 3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 287 572 vahid artaraq 827 494 təşkil edib.