Bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 292,1 min vahid artıb. Bununla bağlı Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata əsasən, 2022-ci il avqust ayının 1-nə əmək müqavilələrinin sayı 1 milyon 694,1 minə çatıb. Bildirilib ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 801 min olub.
Qeyd edək ki, işçi rəsmiləşdirilmədən işə götürüldükdə, fiziki şəxslər 1 000-2 000 manatadək, vəzifəli şəxslər 3 000-5 000 manatadək, hüquqi şəxslər isə 20 000-25 000 manatadək inzibati cərimə edilir.