Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda ən çox müraciət olunan dövlət saytı hansıdır?

2022-ci il ərzində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəsmi saytı olan azal.az saytı ən çox müraciət edilən dövlət orqanı saytı olub. Bu barədə 4 fevral tarixində Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat verib.

Adıçəkilən Mərkəz saytlarla bağlı bu statistikanı həm toplam giriş sayına görə, həm də unikal giriş sayına görə açıqlayıb.

Hər iki kateqoriya üzrə ilk 4-lük dəyişməz olaraq qalıb.

2-ci yer – Dövlət İmtahan Mərkəzinin dim.gov.az;

3-cü yer – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az;

4-cü yer – “Buta Airways”in butaairways.az saytı qərarlaşıb.

Toplam giriş sayına görə 5-ci yerdə Müdafiə Nazirliyinin mod.gov.az, 6-cı sırada Elm və Təhsil Nazirliyinin edu.gov.az, 7-ci pillədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) aztv.az saytı yerləşib.

Unikal giriş sayına görə saytların sıralamasına gəlincə isə burada 5-ci pillədə Elm və Təhsil Nazirliyinin edu.gov.az, 6-cı sırada Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) asan.gov.az, 7-ci pillədə Müdafiə Nazirliyinin mod.gov.az saytı qərarlaşıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx