Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda aqrar sektor 3%-dən çox böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 895,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 17 mart tarixli hesabatında əks olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxdur.

Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 1,9% artaraq 46,4 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,4% artaraq 849,2 milyon manat təşkil edib.

Martın 1-nə qədər Azərbaycanın əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. 54,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 8,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaqla), 14,7 min hektar sahədə kartof, 11,1 min hektar sahədə tərəvəz əkilib. Təsərrüfatlarda yanvar-fevral aylarında 39,5 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 0,8% çox tərəvəz məhsulları istehsal edilib.

Yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta istehsal edilib, 1 il əvvələ nisbətən ət istehsalı 2,8%, süd istehsalı 1,1% və yumurta istehsalı 16,1% artıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx