Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüblər. Bu barədə Report 27 yanvar tarixində məlumat verib.
Yanvarın 26-da rayonun Bozalqanlı kəndində həmin kənd sakinləri – 72 yaşlı Güllüzar Qüdrətova və əri, 71 yaşlı Qulu Qüdrətov yaşadığı evdə dəm qazından zəhərlənərək keçiniblər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.