TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda ərzaqlıq buğdaya 2023-cü ildən məhsul subsidiyası tətbiq ediləcək

Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etmək və əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsini yüksəltmək üçün Prezident tərəfindən iyulun 19-da Fərman imzalanıb.

Məsələ ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

  • Müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək;
  • Ərzaqlıq buğdanın istehsal xərclərini və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən ediləcək;
  • Azərbaycana idxal edilən ərzaqlıq buğdanın qiyməti əsas götürülərək hər ay üçün orta idxal statistik göstərici elan ediləcək.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx