Bu il sentyabrın 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 290,4 min ədəd artaraq 1 milyon 692 mini ötüb. Bu barədə 12 sentyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində paylaşım edib.
#Qeyrineftsektoru-nun özəl bölməsində isə bu göstərici 260,4 min ədəd artaraq 800,3 min təşkil edib.
2/2#EconomyAz #ƏməkMüqaviləsi pic.twitter.com/vs7XKkbg0A— Mikayil Jabbarov (@MikayilJabbarov) September 12, 2022
Onun sözlərinə görə, qeyri-neft sektorunun özəl bölməsində isə bu göstərici 260,4 min ədəd artaraq 800,3 min təşkil edib.