TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda daha bir platforma insanların 100 minlərlə manatını mənimsəyib

Minlərlə manatını “PazFarma”ya qoyan vətəndaşlar bağlanan platformadan pullarını geri ala bilmirlər. Bu barədə İnsanoid Baku Tv-yə istinadən bu gün, 13 noyabr tarixində xəbər verir.

“PazFarma” adlı şəbəkə insanları aldadaraq yüz minlərlə pulunu mənimsəyib.

Platforma piramida üsulu ilə insanlara daimi qazanc əldə edəcəkləri ilə bağlı vədlər verərək sonda bütün pullarını mənimsəyib.

Növbəti dələduzluq əməlinin qurbanları arasında avtomobilini satan və bankdan kredit götürənlər də var.