Azərbaycanda daşınmaz əmlakla bağlı 5 xidmət ödənişli olub

Azərbaycanda daşınmaz əmlakla bağlı 5 xidmət ödənişli olub

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilib. Bu barədə İnsanoid Prezidentin mətbuat xidmətinə istinadən bu gün, 21 yanvar tarixində məlumat verir.

Prezident İlham Əliyevin imzaladığı qanuna əsasən, bundan sonra torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.

Dəyişikliyə qədər qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması torpaq əldə edən şəxsin hesabına həyata keçirilirdi.

Eyni zamanda dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.

Müəyyən edilir ki, Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Həmin maddənin 4-cü hissəsində “orqan (qurum)” dedikdə birinci halda Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi, ikinci halda Tarif (qiymət) Şurası nəzərdə tutulur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx