Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 40 372 borcalana 2 milyard 276,932 milyon manat kredit verib. Bu barədə 23 sentyabr tarixində Fond məlumat verib.
Məlumata əsasən, indiyə qədər 320,751 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 2 410 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Qeyd edək ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.