TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 41 mini ötüb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 41 039 borcalana 2 milyard 322,849 milyon manat kredit verib. Bu barədə 19 oktyabr tarixində Fond məlumat verib.

İndiyə qədər 320,751 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 2 545 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Qeyd edək ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx