Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycanda 669 şəxsə 53 milyon manat ipoteka krediti verilib. Bu barədə 6 sentyabr tarixində Fondun Baş direktoru İlham Kələşov Report-a bildirib.
Direktorun sözlərinə görə, 2018-ci ildən etibarən ölkədə ipoteka kreditləri üzrə zəmanət mexanizmi tətbiq edilib.