“2020-ci il Üçtərəfli Bəyanatından sonra Azərbaycanda 2022-ci ilin avqust ayından indiyədək 2021-ci ildə Ermənistanda istehsal edilmiş, ümumilikdə 2 728 mina aşkarlanaraq zərərsizləşdirilib”. Bu barədə İnsanoid bu gün, 22 sentyabr tarixində xəbər verir.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Azərbaycan-Ermənistan sərhədi boyunca Kəlbəcər və Laçın rayonlarında 1119 mina, Qarabağ İqtisadi Rayonunda isə 1609 mina aşkarlanaraq zərərsizləşdirilib:
“Ümumilikdə 2020-ci ilin noyabr ayında Üçtərəfli Bəyanatın imzalanmasından bugünədək 314 nəfər minaların qurbanı olub”.