TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda ilk dəfə Milli Qurama Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə Milli Qurama Festivalı keçiriləcək. Bu barədə 28 iyun tarixində «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Facebook səhifəsində məlumat verilib.

Məlumata əsasən, festivalda muzeylərdə saxlanılan qurama nümunələri və sənətkarların əl işlərindən ibarət sərgi nümayiş olunacaq. Həmçinin qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiriləcək. Bundan əlavə, qurama ilə bağlı şeir və ya bayatı nümunələrindən ibarət poeziya axşamı, musiqi gecəsi baş tutacaq.

Tədbir 7 iyul – 7 avqust 2022-ci il tarixlərində Bakının bir neçə məkanında keçiriləcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx