TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda ilk dəfə minatəmizləmə əməliyyatlarına qadınlar da cəlb olunacaq

Azərbaycanda minatəmizləmə əməliyyatlarını həyata keçirən ilk qadın komandoları yaradılacaq. Bu barədə Report 7 fevral tarixində xəbər verib.

“Bu layihə bizə heç kimi kənarda qoymamaq prinsipi istiqamətində davamlı öhdəliyimizi bölüşməyə kömək edəcək və Azərbaycanda minatəmizləmə əməliyyatlarını həyata keçirən ilk qadın komandoları yaratmağa, onları humanitar minatəmizləmə kimi mühüm fəaliyyətə cəlb etməyə imkan verəcək”.

Bunu BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros fevralın 7-də Şuşada BMTİP və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən konfransda deyib.

“Ənənəvi olaraq, minatəmizləmə işi kişilərin üstünlük təşkil etdiyi bir peşədir. Bu layihə bərabərliyi və inklüzivliyi təşviq etmək və ölkədə minatəmizləmə sektorunun mütərəqqi xarakterini dəstəkləmək üçün əhəmiyyətli imkanlar təklif edir. Layihə, həmçinin gələcəkdə qadınlar üçün karyera inkişaf planlarını və imkanlarını əks etdirməyə xidmət edəcək. Minatəmizləmə əməliyyatlarında qadınların təşviqi bir çox Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında əsas töhfədir”, – o qeyd edib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx