Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin, o cümlədən host provayderlərin uçota alınmasına başlayır. Bu barədə Report 28 mart tarixində xəbər verib.
Azərbaycanda internet telekommunikasiya sahəsində xidmət göstərən operator və provayderlər, o cümlədən host provayderlər qeydiyyatdan keçməlidir.
İnternet telekommunikasiya xidməti göstərən operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalına daxil olaraq autentifikasiyadan keçməklə və ərizə göndərməklə uçota durmalıdır.
Uçota durma üçün ərizə bu elan dərc edildiyi tarixdən başlayaraq 15 gün ərzində verilməlidir.
Qeyd edilən tələbin icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən, uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.