TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda intihar halları azalıb

“Ötən il Azərbaycanda intihar halları azalıb”. Bunu Baş prokuror Kamran Əliyev bildirib.

Bu barədə 27 yanvar tarixində Report məlumat verib.

Kamran Əliyev bildirib ki, 2021-ci illə müqayisədə hesabat dövründə baş vermiş intihar hadisələrinin sayında azalma müşahidə olunur: “Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 46 cinayət işi başlanıb, onlardan 6-sı baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. 2021-ci ildə isə özünü öldürmə həddinə çatdırma ilə bağlı daha az cinayət işi məhkəməyə göndərilib”.

“Bu kimi halların minimuma endirilməsində Baş Prokurorluğun təşkilatçılığı ilə yaradılmış müvafiq qurumların nümayəndələrinin, həmçinin Baş Prokurorluğun əməkdaşlarının iştirak etdiyi İşçi qrupun həyata keçirdiyi tədbirlərin diqqət mərkəzində saxlanmasının önəmi bildirilib”, – Baş prokuror vurğulayıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx