Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il sentyabrın 1-nə qədər edvgerial.az portalında qeydiyyatdan keçmiş istehlakçılara 1 milyarddan çox kassa çeki üzrə 461,2 milyon manat ƏDV məbləği geri qaytarılıb.
Bu barədə 29 sentyabr tarixində Dövlət Vergi Xidməti xəbər verib.
Cari ilin yanvar-avqust aylarında isə 99,7 milyon manat ƏDV məbləği geri qaytarılıb.
8 ayda qaytarılmış vəsaitin 70,3%-i nağdsız, 29,7 %-i isə nağd qaydada alınmış mallara görə ödənilib.