Yenilənib
İti avtomobilə bağlayıb sürüyən şəxsin kimliyi müəyyən edilib, profilaktiki söhbətlərdən sonra o, məsuliyyətə cəlb olunub.
“Onun Kəlbəcər rayon sakini Radil Orucov olduğu müəyyən edilib. Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sürücünün yeri müəyyən edilərək o, polis şöbəsinə dəvət olunub”, – deyə kapitan E. Qasımov bildirib.
15:05 – Sürücü axtarışdadır
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məsələ ilə bağlı Oxu.az-a açıqlama verib.
Bildirilib ki, həmin avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir:
“Görüntülərlə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
14:45 – Azərbaycanda sürücü heyvana qarşı şiddət göstərib
Azərbaycanda sürücü heyvana qarşı şiddət göstərib. Bu barədə 22 mart tarixində Baku.ws xəbər yayıb.
İnsanlığa sığmayan hərəkətlərin görüntüləri Gəncə-Şəmkir yolunda lentə alınıb. Videodan da göründüyü kimi, iti “Lada” markalı avtomobilin arxasına iplə bağlayıb sürüyürlər.
Görüntüləri təqdim edirik: