Azərbaycanda 2022-ci ildə qeydə alınmış cinayət hadisələri üzrə 25 449 zərərçəkmiş şəxsin 7 455-i qadınlar olublar. Bu, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatında əksini tapıb.
Bu barədə 25 oktyabr tarixində APA məlumat verib.
Qeyd edilib ki, zərərçəkmiş qadınlardan 2 945-i xəsarət alıb, 309-u isə ölüb. Onlardan 24-ü yetkinlik yaşına çatmayanlar olub.