Azərbaycanda son sutkada 46 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirusdan 4 nəfər vəfat edib

Azərbaycanda son sutkada 46 nəfər koronavirusa yoluxub.

Müalicə olunaraq sağalanların sayı isə 79-dur. Analiz nümunələri müsbət çıxan dörd nəfər isə dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 827 571 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 080-i müalicə olunaraq sağalıb, hazırda 427 aktiv xəstə var.

Həmçinin gün ərzində 387 nəfərə koronavirus əleyhinə vaksin vurulub. Birinci doza vaksinlərin sayı 152, ikinci doza vaksinlərin sayı isə 56 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 144-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 35 olub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx