Sumqayıtda lisey binasında meyit tapılıb. Bu barədə Lent.az 30 yanvar tarixində məlumat verib.
Hadisə şəhərin 42-ci məhəlləsində yerləşən 10 saylı peşə liseyində qeydə alınıb. Liseyin binasında naməlum kişi meyiti aşkar edilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü İlham Piriyev olması müəyyən edilib