TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda məhkəmənin bəraət verdiyi şəxs həbs edilib

Bu gün, iyulun 20-də Gəncə Apellyasiya Məhkəməsinin hökmü ilə daha öncə azadlığa buraxılan şəxs təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə iyulun 20-də Baş Prokurorluq xəbər verib.

O, məhkəmə zalında həbs olunub.

“On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə” maddəsilə təqsirləndirilən şəxsə cari il fevralın 10-da bəraət hökmü verilib. Daha sonra, fevralın 15-də isə dövlət ittihamçısı həmin hökmdən apellyasiya protesti verib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx