İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldilməsi barədə qaydalara dəyişiklik edilib. Bu barədə avqustun 19-da Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Yönəldilən məbləğ aşağıdakı qayda ilə hesablanacaq:
- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 manat məbləğinə çatanadək – hər ay üçün aylıq dövriyyənin 1%-i;
- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 manat məbləğinə çatan ay üçün – aylıq dövriyyənin 100 000 000 manata çatanadək olan hissəsinin 1%-i, 100 000 000 manat məbləğindən artıq olan hissəsinin 2,5%i;
- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 manat məbləğindən artıq olduqda – hər ay üçün aylıq dövriyyənin 2,5%-i.