Azərbaycanda polis baş serjantı xəstəxanada vəfat edib. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 25 may tarixində xəbər verir.
Mayın 24-ü axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilən 42 yaşlı Samir Mustafayev mayın 25-də saat 05:00 radələrində dünyasını dəyişib.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o həyatını itirib.
Araşdırma aparılır.
Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.