TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda qəzalı məktəblərin sayı açıqlanıb

“Azərbaycanda hazırda qəzalı məktəblərin sayı 654-dür. Zamanla həmin məktəblərin sayının azalması istiqamətində işlər görüləcək”. Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Bu barədə 6 sentyabr tarixində Report məlumat verib.

Nazirin sözlərinə görə, 100-ə yaxın məktəb var ki, orada şagird sayı 30-dan aşağıdır.

O bildirib ki, rus bölməsində Azərbaycan dili tədrisinin keyfiyyətinə diqqət artırılacaq: “Bu il 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb”.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx